Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT -YENİLƏNDİ

Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, layihənin hazırlanması üçün komissiya yaradılıb.

HTML tutorial

Onun sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Komissiyaya millət vəkilləri Sevil Mikayılova, Əzil Ələkbərov və Elşən Musayev daxildir.

12:41

Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.

Gununsesi.info xəbər verir ki, deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib.

Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur.

“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, – deyə bəyanatda bildirilib.

Bəyanat səsə qoyularaq qəbul edilib.

12:23

Gununsesi.info