
Holandiyada bir sahil kənarında fərqli ağız quruluşu ilə digər balıqların qanlarını soraraq həyatını sürdürən dəniz canlısı görülüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, özəlliklərindən dolayı, “Vampir balıq” olaraq tanınan və bölgə xalqını narahat edən canlı haqqında biolor Jarko Havermans bunları deyir: “Sahildə daha öncə heç rast gəlməmişdim. Onlar inanılmazdır, yadplanetli kimi görünən balıqlardır. Onların mükəmməl bir yaşam tərzi var”.
6 il sonra Holandiya sahilində görülən “qan sorucu” bölgədə yaşayan adamları qorxudub. Hürküdücü bədən quruluşu ilə görənləri həyəcanlandıran bu balıq 83 sm. uzunluğundadır.
Uzun müddət görünmədikdən sonra “Vampir balığın” yenidən ortaya çıxışı insanları təlaşa salıb.
Qandan bəslənərək böyüyən bu balıqlar, əsasən dənizdə yaşayırlar və ilin bu dönəmlərində çaylara gəlirlər.


Tərcümə: Arzu Sayadoğlu