
İsrail polisi İsrail vətəndaşı olan fələstinli aktrisa Maisa Abd əl-Hadini HƏMAS-a dəstək verdiyi iddiası ilə saxlayıb.
Gununsesi.info-nun məlumatına görə, qeyd edilib ki, Nazaretdə adı açıqlanmayan bir aktyor və sosial media fenomeni İsrail polisi tərəfindən “qadağan olunmuş bir təşkilatı tərifləyən və nifrət məzmunlu” paylaşımlarına görə saxlanılıb.
Açıqlamada ərəb cəmiyyətinə təsir edən mövqeyə malik olan sözügedən şəxsin həbs müddətinin uzadılması tələbi ilə Nazaret məhkəməsinə müraciət ediləcəyi bildirilib.
İsrail mediasında sözügedən şəxsin Maisa Abd ə-Hadi olduğu və onun sosial mediada “HƏMAS-a dəstək verən” paylaşımlarına görə saxlanıldığı bildirilib. İsrail vətəndaşı olan fələstinli aktrisa Maisa Abd əl-Hadi Qəzza zolağının sərhədində “Həmas qüvvələrinin buldozerlə İsrailin təhlükəsizlik divarını yarması” görüntüsünü ingilis dilində “Let’s go, Berlin style” sözləri ilə paylaşıb.
Oktyabrın 17-də İsrail qüvvələri fələstinli müğənni Dellal Əbu Amini sosial mediada “Fələstini dəstəklədiyi və İsrail əleyhinə paylaşımlar etdiyi” səbəbi ilə Nazaretdə saxlayıb.
Oktyabrın 7-dən sonra HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları hücuma keçdikdən sonra İsrail qüvvələri İsraildə yaşayan fələstinliləri “anti-İsrail postları”na görə həbs etməyə başlayıb.
Gununsesi.info