UEFA-dan İsraillə bağlı qərar

  • By ilhame
  • 19 Oktyabr 2023 23:00

UEFA İsraildə beynəlxalq yarışların keçirilməməsinə qərar verib.

Gununsesi.info qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə qalacaq. Buna səbəb Qəzza zolağında baş verənlərdir.

Oktyabrın 26-da keçirilməsi planlaşdırılan Avropa Liqasının “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) oyunu dekabrın 6-na, Konfrans Liqasının “Makkabi” (Təl-Əviv, İsrail) – “Zarya” (Ukrayna) qarşılaşması isə noyabrın 25-nə salınıb.

Hayfa “Makkabi”sinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib.

Gununsesi.info