Azərbaycana kiberhücumların sayının artması gözləniləndir -Tural Məmmədov

Hansı ölkələrdə real müharibə bitir, çalışırlar kiberhücumlarla həmin ölkələrə müdaxilə etsinlər.

 

Gununsesi.info xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

 

“Azərbaycanda da gözləniləndir ki, kiberhücumların sayı artsın. Kritik infrastrukturların siyahısı ilə bağlı gecikmələr var. İlin sonuna kimi siyahı hazırlanıb Nazirlər Kabinetinə təsdiq olunması üçün göndəriləcək”, – deyə Tural Məmmədov əlavə edib.

 

Gununsesi.info