Qəzzada ən az 2 min uşaq həlak olub

  • By ilhame
  • 23 Oktyabr 2023 20:34

Qəzzada indiyə qədər ən azı 5087 nəfər həlak olub

Gununsesi.info bu xəbəri Fələstin Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, İsrailin hücumu nəticəsində qətlə yetirilənlərin 2055-i uşaq, 1119-u qadın olub.

İsrailin təkcə dünən gecə Qəzzaya endirdiyi zərbələr nəticəsində 182-si uşaq olmaqla azı 436 nəfər həlak olub.

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi 2 həftə əvvəl yenidən alovlanıb. Oktyabrın 7-də Həmas İsrailə qarşı ölümcül reyd həyata keçirib, nəticədə İsrail tərəfdən ən azı 1400 nəfər ölüb, 222 nəfər isə girov götürülüb.

Gununsesi.info