Türkiyədə FETÖ-yə qarşı “qısqaç” əməliyyatı: 611 nəfər saxlanılıb

Türkiyənin 77 vilayətində FETÖ terror təşkilatına qarşı eyni vaxtda həyata keçirilən “Qısqaç” əməliyyatlarında 611 şübhəli tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə platformasında bildirib.

Nazir qeyd edib ki, əməliyyatlar zamanı tutulanlar arasında terror təşkilatının əyalət, təhsil və maliyyə strukturlarında fəaliyyət göstərənlər də var.

“Qaybubet evlərində gizlənən, qeyri-qanuni yollarla xaricə qaçmaq istəyən, kömək edən ByLock istifadəçiləri və ya məzmunda adı keçən və FETÖ çərçivəsində alınan ifadələrdə təşkilat üzvü/rəhbəri kimi adı keçən şəxslər müəyyən edilib”, – deyə o bildirib.

DİN rəhbəri əlavə edib ki, sözügedən şübhəlilərin qanunsuz olaraq xaricə qaçarkən müxtəlif ölkələrin saxta şəxsiyyət vəsiqələrindən və pasportlarından istifadə etdikləri müəyyən edilib.

Gununsesi.info