
Nepalın Hindistanla sərhədyanı bölgəsində 5,2 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin verilənlərinə görə, təbiət hadisəsinin episentri Nepalın paytaxtı Katmandudan 65 km aralıda qərbdə olub. Zəlzələnin ocağı 14 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Gununsesi.info