
NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, İsveç noyabrın sonuna kimi Alyansın tamhüquqlu üzvü olmalıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” İsveç hökumətinin nümayəndəsinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, təxminən bir həftə əvvəl Stoltenberq bütün NATO-ya üzv ölkələrə məktub göndərərək qeyd edib ki, İsveç NATO xarici işlər nazirlərinin noyabrın 28-29-na planlaşdırılan görüşündən gec olmayaraq Alyansa üzv olmalıdır.
İsveçin Avropa İttifaqı işləri üzrə naziri Cessika Rosval çərşənbə axşamı bildirib ki, o, macar həmkarı ilə NATO-ya üzvlük məsələsini müzakirə etməyi planlaşdırır.
“Biz də Macarıstandan sürətli qərar gözləyirik və mümkün qədər tez NATO üzvü olmaq istəyirik”, – deyə nazir qeyd edib.
Türkiyə Macarıstanla birlikdə İsveçin Alyansa qoşulmaq üçün müraciətini hələ də təsdiq etməyən sonuncu NATO üzvüdür.
Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay gözlədikdən sonra İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı protokolun ratifikasiyası üçün ölkə parlamentinə göndərib.
Bundan sonra Macarıstan parlamentindəki müxalifət partiyalarından biri – MSZP sosialistləri Türkiyədən əvvəl İsveçin NATO-ya daxil olmasını mümkün qədər tez təsdiqləmək üçün fövqəladə toplantının çağırılması təşəbbüsü ilə çıxış edib.
NATO-nun baş katibi Türkiyə parlamentini İsveçin üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə çağırıb.
Səid Əhmədli
Gununsesi.info