“Qırmızı Meydan” ziyarətçilər üçün bağlandı

  • By ilhame
  • 16 Aprel 2024 19:12

Rusiyanın paytaxı Moskva şəhərinin simvollarından biri olan “Qırmızı Meydan” sakinlər və paytaxt qonaqları üçün müvəqqəti bağlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

 

Məlumata görə, meydanın həm “Diriliş qapısı”ndan, həm də Nikolskaya küçəsindən olan girişi bağlanıb.

 

Bununla bağlı polis əməkdaşları da meqafonlarla səsləniblər:

 

“Hörmətli vətəndaşlar, “Qırmızı Meydan” bağlıdır, hamı çıxışa getsin”.

 

Ziyarətçilərə meydanın açılış vaxtı və tədbirin niyə görüldüyü barədə məlumat verilmir.

 

Qeyd edək ki, “Qırmızı Meydan” sonuncu dəfə martın 23-də “Crocus City Hall” konsert zalında baş verən terror aktına görə ictimaiyyət üçün bağlanmışdı.

Gununsesi.info