
Tbilisidə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası bərpa edilib, etirazçılar ilə polis arasında toqquşma baş verib.
Gununsesi.info xəbər verir ki, hazırda Rustaveli prospekti boyunca yol bağlanıb.
Nümayişçilər əllərində “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” plakatları tutublar.
Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları 11 gündür ki, davam edir. Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qeyd edək ki, polis nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib.
Gununsesi.info