Rusiyada kafenin damı çöküb, dağıntılar altında qalanlar var

Rusiyada kafenin damı çöküb, dağıntılar altında qalanlar var

Rusiyanın Novosibirsk şəhərində kafenin soyunma otağının damı çöküb.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

“Gənclik Bulvarındakı kafenin soyunma otağının damı 240 kv. m sahədə çöküb. Şahidlərin sözlərinə görə, dağıntılar altında 10 nəfərə yaxın insan ola bilər” – deyə Fövqəladə Hallar Nazirliyi bildirib.

FHN-nin regional şöbəsindən verilən son məlumata görə, dağıntılar altından 3 nəfər çıxarılıb, təxminən 200 nəfər ərazidən təxliyə edilib.

COMMENTS