Rəsmi görüşlər üçün Qazaxıstanda səfərdə olan ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Çinlə bağlı gözlənilməz açıqlama verib.
Gununsesi.org xəbər verir ki, Pompeo Çinin Sincan bölgəsindəki uyğur türklərinə qarşı edilən işgəncələrdən danışıb. Pompeo bütün ölkələri bu işgəncələrə son vermək üçün Çinə təzyiq etməyə çağırıb.
Ankaranın da tez-tez gündəmə gətirdiyi bu məsələ ilə bağlı ABŞ-ın mövqeyi konkret olaraq tarixə düşüb.
Gununsesi.org
COMMENTS