Pompeo Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırıb

Pompeo Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırıb

ABŞ Dövlət katibi Maykl Pompeo Qazaxıstana səfər edib.

Gununsesi.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, M. Pompeo qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Vaşinqton Qazaxıstanın digər ölkələrlə əlaqə qurmağa çalışmasını dəstəkləyir, ancaq Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırır.

Pompeo bildirib ki, ABŞ şirkətləri ilə əməkdaşlığın istənilən dövlət üçün ən yaxşı nəticələrə gətirib çıxardığına əmindir.

Gununsesi.org

COMMENTS