Finlandiyanın şimalında rekord miqdarda yağıntılar olsa da, Helsinki tarixində ilk dəfə yanvar ayı qarsız keçib.
Gununsesi.org-un məlumatına görə, bu barədə Finlandiyanın meteorologiya institutu xəbər verib.
Finlandiya ərazisinin təqribən 60 faizi üçün yanvar, daha çox mart-aprel aylarına bənzəyərək həmişəkindən 7-8 dərəcə isti keçib. Yanvar ayının ən yüksək hava temperaturu – 9,2 dərəcə isti, yanvarın 21-də Turku şəhərində qeydə alınıb.
Finlandiyanın şimalındakı vəziyyət tamamilə fərqlidir. Meteoroloqlar bildirir ki, yanvarın 30-da Kittila şəhərinin şimal yaşayış məntəqəsində 111 santimetr qar qeydə alınıb və bu, bölgənin artıq yeddinci qar rekordudur.
COMMENTS