Gürcüstanın xarici işlər naziri David Zalkaliani fevralın 4-də ABŞ-a səfər edəcək.
Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın Xаrici İşlər Nаzirliyi məlumat yayıb.
ABŞ dövlət katibi Mayk Pompeonun dəvəti ilə baş tutacaq səfər fevralın 7-də başa çatacaq.
D.Zalkaliani Vaşinqtonda koalisiyaya üzv ölkələrin xarici işlər nazirlərinin din azadlığı mövzusunda keçiriləcək görüşündə iştirak edəcək.
XİN başçısı səfər çərçivəsində həmçinin ABŞ Dövlət Departamentinin nümayəndələri, konqresmenlər və ekspertlərlə görüşlər keçirəcək.
Gununsesi.org
COMMENTS