
“İsraildə kütləvi etirazlara səbəb olan məhkəmə islahatı gec-tez ləğv ediləcək”.
Gununsesi.info xəbər verir ki, bunu İsrail müxalifət lideri Benni Qantz deyib.
O, məhkəmə-hüquq islahatları haqqında qanun layihəsinin qəbulunun ciddi səhv olduğunu deyib.
Benni Qantz İsrail ədliyyə sistemindəki dəyişikliklərə qarşı mitinqlərin nəticə verəcəyinə ümid etdiyini də bildirib .
Onun sözlərinə görə, ölkə müxalifəti döyüşdə uduzsa belə, şübhəsiz ki, “müharibədə qalib gələcək”.
Tərcümə
Şəbnəm
Gununsesi.info