Netanyahunun etirazlara səbəb olan qanunu təsdiqləndi

İsrail parlamenti Baş nazir Benyamin Netanyahunun etirazlara səbəb olan Ali Məhkəmənin icra hakimiyyətləri üzərində nəzarətini aradan qaldıran mübahisəli qanun layihəsini 2-ci və 3-cü oxunuşda təsdiqləyib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə qanun layihəsi ilə bağlı müzakirələr başa çatdıqdan sonra səsvermə keçirilib.

Müxalifət deputatlar qanun layihəsini boykot etmək üçün Baş Assambleyanı tərk edib.

Məclis 2-ci və 3-cü səsvermələrdə 64 lehinə səs alaraq Ali Məhkəmənin hökumətin məhkəmə tənzimlənməsində icra hakimiyyəti üzərində nəzarətini aradan qaldıracaq maddəni qəbul edib.

Gununsesi.info