Nazim Bəydəmirli ictimai müdafiəsindən imtina edib

  • By admin
  • 25 İyul 2023 13:27

Bir neçə gün əvvəl DİN tərəfindən həbs edilən və barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilən Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli mediadada və sosial şəbəkələrdə ictimai müdafiəsinin getməsini istəmir.

Bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.

Onların sözlərinə görə, Bəydəmirli hazırda hüquqi vasitələrlə və qarşılıqlı anlaşma ilə azadlığa çıxmağa çalışır.

“Ona görə də hələlik barəsində mediada yazılmasını istəmir” deyə onun yaxınları əlavə edib.

Qeyd edək ki, Nazim Bəydəmirli Söyüdlü sakinlərinin aksiyasına dəstək verib. O, ekoloji fəlakətə görə hökuməti tənqid edib.

Bundan sonra özünün şikayətçi olduğu iş görə həbs edilib. İstintaq orqanının təqdimatına əsasən onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Elmar Elnuroğlu

Gununsesi.info