Rişi Sunak: Taxıl Anlaşması üçün Türkiyə ilə yaxından çalışırıq

  • By arzu
  • 25 İyul 2023 14:51

İngiltərənin Baş naziri Rişi Sunak Türiyə ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Ankara ilə münasibətlərdən və Taxıl Anlaşmasından danışan Sunak əməkdaşlıq içində olduqlarını dilə gətirib.

Baş nazir Taxıl Anlaşması üçün Türkiyə ilə yaxından çalışdıqlarını söyləyib.

“Taxıl Anlaşmasının yenidən funksiyasını yerinə yetirməsi üçün işbirliyi içindəyik”, – deyə Sunak bildirib.

Xatırladaq ki, Rusiya Taxıl Anlaşmasını ləğv edib.

Meskov mövzu ilə bağlı açıqlamasında bu anlaşmanın dayandırıldığını dilə gətirib.

Kremlin rəsmiləri Taxıl Anlaşmasına geri dönmənin mümkünsüzlüyünü bildirmişdi.

Tərcümə: Arzu

Gununsesi.info