
Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun hüquqlarının Müdafiə Komitəsi yaradılıb.
Gununsesi.info bildirir ki, bununla bağlı qərar iyulun 25-də İşgəncələr əleyhinə Araşdırmalar Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.
Q.İbadoğlunun qardaşı Qalib Toğrul mətbuat konfransında bildirib ki, Baş Prokurorluğunun təqdimatı ilə vəkil Zibeydə Sadıqova ilə bağlı Vəkillər Kollegiyasına şikayət olunub: “Güya, Zibeydə xanım istintaq sirrini yayıb. Ona görə də vəkillərin sayını artırmaq qərarına gəldik”.
Onun sözlərinə görə, dünən, iyulun 24-də Bakı İstintaq Təcridxanasına paltarları və sovqat aparsalar da, təcridxanadan bildirilib ki, Q.İbadoğlunun adı sistemdə yoxdur, gətirilənləri qəbul etməyiblər.
Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Daha sonra bir sıra hüquq müdafiəçiləri müdafiə işinin təşkilindən danışıblar.
Sonunda Müdafiə Komitəsi və işçi qrupları yaradılıb.
Mais