İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib

  • By ilhame
  • 07 Aprel 2024 16:44

İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib.

 

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Xan Yunisdə aylardır davam edən döyüşlərdən sonra İsrailin 98-ci diviziyası “tapşırığı yerinə yetirib” və “toparlanmaq və gələcək əməliyyatlara hazırlaşmaq” məqsədilə Qəzza zolağını tərk edib.

 

İsrailin geri çəkilməsi Rəfaha hücum planı ilə bağlı suallar yaradıb. Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvələrini saxladığı qeyd olunub.

Gununsesi.info