Kimlər imtahandan xaric edilib?

  • By Mina
  • 07 Aprel 2024 17:24

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Gununsesi.info DİM-ə istinadla xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.

 

Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.

Gununsesi.info