
Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun 20-ci illik iclasının plenar iclasında iştirak edib.
Gununsesi.info xəbər verir ki, görüşün mövzusu “Ədalətli çoxqütblülük: hamı üçün təhlükəsizliyi və inkişafı necə təmin etmək olar” olub.
Onun işində Afrika, Avrasiya, Şimali və Cənubi Amerikanın 42 ölkəsindən 140 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edib.
Putin çıxışında iqtisadiyyatdan tutmuş siyasətə qədər bir çox mövzuya toxunub.
Putin bildirib ki, hələ Qarabağ hadisələrindən əvvəl də Rusiya problemin həlli yollarını təklif edib. “Amma qarabağlı dostlarımız vaxtaşırı bizə deyirdilər ki, döyüşəcəyik. İrəvan regionun statusunu tanıdıqdan sonra Qarabağ rəsmən Azərbaycanın tərkibinə daxil oldu, bu, müasir Ermənistan dövlətinin mövqeyidir”.
Putin bu məsələdə Rusiyaya qarşı ittihamların əsassız olduğunu vurğulayıb: “Bundan sonra sülhməramlıların statusunda dərhal keyfiyyət dəyişikliyi baş verdi: onlar haqqında yalnız Bakı ilə danışıqlar aparmaq lazım idi. Lakin onlar humanitar komponenti təmin etmək üçün hər şeyi etdilər, atəşkəs rejiminə riayət etməkdən başqa heç bir hüquqları yox idi.
Rusiya qaçqınlara kömək etməyə hazırdır və Ermənistan bizim müttəfiqimiz olmaqdan əl çəkmir. Deməli, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Rusiyanın ermənilərə xəyanət etməsi ilə bağlı bəyanatları əsassızdır”.
Səid Əhmədli
Gununsesi.info