Hikmət Hacıyev Qarabağdakı erməni sakinlərə göndərilən yardım barədə son məlumatları açıqladı – FOTO

  • By resul
  • 03 Oktyabr 2023 15:06

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən Qarabağdakı erməni sakinlərə göndərilən yardım barədə məlumatları açıqlayıb.

Gununsesi.info xəbər verir ki, oktyabrın 3-nə olan məlumatları Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.