
İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu mətbuat konfransında bələdiyyəyə qarşı aparılan terror istintaqı ilə bağlı danışıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, idarələrdə işə götürülən bəzi şəxslərin “terror təşkilatına üzv olmaq”da ittiham olunmasından danışan İmamoğlu, “Əgər o hesabatda Əkrəm İmamoğlu və idarəçiləri günahlandırılsa, göyün günbəzini yıxacağıq. Bilərəkdən və istəyərək vəzifəyə etinasızlıq cinayətidir. Hesabını naziri ilə ödəyəcək” deyib.
Tərcümə:
Afət