Naxçıvanda ilk etiraz aksiyası - TAKSİ SÜRÜCÜLƏRİ ALİ MƏCLİSİN QARŞISINA TOPLAŞDI / VİDEO

  • By admin
  • 28 Dekabr 2022 14:21
Bu gün Naxçıvanda ilk etiraz aksiyası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, etiraz edənlər Muxtar Respublikada çalışan  taksi sürücüləridir.
Ali Məclis qarşısına toplaşan taksi sürücüləri bildirib ki, Vasif Talıbovun oğlunun şirkətinə məxsus , dəyəri  16 min manatlıq maşınları onlara 35 min manata satıblar.
Sürücülər deyir ki, bütün pullar Vasif Talıbovun oğluna çatıb. Maşın satışına Seymur Talıbov rəhbərlik edibmiş.
Aksiya iştirakçıları tələb edib ki, qiymətlərə yenidən baxsınlar və endirimlər edilsin.

 

HTML tutorial

Mətləb Yaqublu

Gununsesi.info