“İlk namizədlik vəsiqəsini alan adamlardan biriyəm” – Fuad Abbasov

“İlk namizədlik vəsiqəsini alan adamlardan biriyəm” – Fuad Abbasov

“İlk namizədlik vəsiqəsini alan adamlardan biriyəm. Amma bunu heç bir yerdə reklam etmirəm. Namizədlik vəsiqəsini almaq millət vəkili olmaq demək deyil”.

 

Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a deputatlığa namizədliyinin qeydə alındığını təsdiq edərkən jurnalist Fuad Abbasov deyib: “Mən jurnalist Fuad Abbasov parlamentə növbədənkənar seçkilərin elan edilməsini ilk olaraq öz sosial şəbəkəmdə yayımlayan bloger olaraq heç kimin namizədliyini haradan verməsini gözləmədən, kimin güclü, kimin zəif olmasına diqqət etmədən öz yaşadığım Əhmədli qəsəbəsdən, Xətai 33 saylı birinci seçki dairəsindən hüquqi müraciət edən ilk namizədlərdənəm”.

 

Jurnalist onu da bildirib ki, vəsiqəni alanların bəziləri bunu sosial şəbəkədə çox böyük bir şərəf, nəaliyyət, qələbə kimi paylaşırlar. “Mən bunu nə qələbə, nə də nəaliyyət sayıram. Ona görə də mən qalxıb, heç yerdə demirəm ki, namizədliyim qeydə alınıb, vəsiqəmi almışam”.

Gununsesi.org

COMMENTS