Keçmiş baş məşqçi klubu yenildiyi üçün əsəbiləşdi, şərab içdi

Keçmiş baş məşqçi klubu yenildiyi üçün əsəbiləşdi, şərab içdi

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson İngiltərə Liqa Kubokunda “Mançester Siti”yə 1:3 hesabı ilə uduzduqları ilk yarımfinal oyununu canlı izləyib.

Gununsesi.org-un məlumatına görə, Fergyusson olduqca həyəcanlı anlar yaşayıb.

İlk 45 dəqiqədən sonra komandasının 0:3 hesablı məğlubiyyətini həzm edə bilməyən şotlandiyalı mütəxəssis fasilədə kabinetinə gedərək bir bakal qırmızı şərab içib.

İkinci hissədə “qırmızı şeytanlar” bir qolun əvəzini çıxsalar da, onların bundan artığına gücü çatmayıb. Nəticədə sabiq komandasının məğlubiyyətinə üzülən 78 yaşlı Ferqyuson matçdan sonra “Mançester Siti” klubunun heç bir təmsilçisini görmək istəməyib və stadionu digər alternativ yerdən tərk etmək qərarına gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması yanvarın 29-da “Mançester Siti”nin meydanında keçiriləcək.

Gununsesi.org

COMMENTS