Bakıda bir neçə marşrut xətti ilə fəaliyyət göstərən avtobuslar səhərə qədər işləyəcək.
Gununsesi.org xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
Bildirilib ki, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:
“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”, – deyə məlumatda qeyd olunub.
COMMENTS