
Fransanın altı bölgəsində həbsxanalara hücum edilib. Bir həbsxanaya avtomat silahlardan atəş açılıb, digər həbsxanaların dayanacaqlarındakı avtomobillər yandırılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransada bir çox həbsxanaya gecə saatlarında hücumların təşkil edildiyi açıqlanıb . Fransanın ədliyyə naziri Gerald Darmanin hücumların dalğasını təsdiqləyib.
Darmanin X hesabında yazdığı bir yazıda həbsxana məhbuslarının gecə saatlarında qarşılaşdıqları “qorxutma cəhdləri”nin avtomobilləri yandırmaqdan tutmuş avtomatik silahlarla atəş açmağa qədər olduğunu söylədi.
Fransanın “La Parisien” qəzeti hücumlarla bağlı yazıb, bir neçə həbsxana parkındakı avtomobillərin yandırıldığını və Tulondakı bir həbsxananın avtomat silahdan atılan güllələrlə hədəf alındığını bildirib.
Qəzetin yazdığına görə, altı bölgədə həbsxanalar hədəfə alınıb:
Tulon, Eks-en-Provens və Marsel, Valens və Nimes, Luynes, Villepinte və Nanter.
Ədliyyə naziri Darmanin hücumlarla bağlı verdiyi açıqlamada hadisələrdən zərər çəkən məmurlara dəstək olmaq üçün həbsxanaya avtomat silahlardan atəş açıldığı Toulona getdiyini bildirib.
Hücumlara görə kimin məsuliyyət daşıdığını birbaşa şərh etməyən nazir, Fransa hökumətinin “narkotik ticarəti problemi ilə məşğul olduğunu” və cinayət şəbəkələrini “əhəmiyyətli dərəcədə pozmaq” üçün tədbirlər gördüyünü söylədi.
Hücumlardan sonra həbsxana gözətçiləri həmkarlar ittifaqı FO Ədalət də bəyanat verərək, hadisələri “son dərəcə ciddi” adlandırıb və “dərin narahatlığını və qəzəbini” ifadə edib.
Həmkarlar ittifaqı X hesabında Tulon həbsxanasının pəncərələrindəki güllə deşiklərinin və digər həbsxana dayanacaqlarında yandırılan avtomobillərin görüntülərini paylaşıb. Həmkarlar ittifaqı hökuməti həbsxana işçilərini qorumaq üçün tədbirlər görməyə çağırıb.
Orxan