
“ATƏT təşkilat olaraq insanların haqqını qorumalıdır. Mən Azərbaycan və Ermənistan hökumətlərinə tam dəstəyimi verirəm ki, onlar sülhə nail olmaq üçün səylərini davam etdirsinlər”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı jurnalistlərin Ermənistandan qovulan azərbaycanlıların geriqayıdışı üçün ATƏT-in hansı addımları atacağına dair sualını cavablandırarkən deyib.
O bildirib ki, ATƏT bir təşkilat kimi, bu sülh prosesinin davamlı və uzunmüddətli olmasını diləyir.