Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.