Fariz Rzayev:Azərbaycan ilə Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır

  • By ilhame
  • 30 Aprel 2024 21:11

Azərbaycan ilə Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır.

 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Polşa Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

 

“Azərbaycanla Polşa arasında mövcud olmuş əlaqələr dövlətlərarası münasibətlərimizin tarixi rəmzi kimi çıxış edir”, – o bildirib.

 

F.Rzayevin sözlərinə görə, ölkələr arasında siyasi dialoq yüksək səviyyədədir.

 

Nazir müavini həmçinin qeyd edib ki, ölkələr çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Gununsesi.info