Hollandiya Ukraynaya yeni “Patriot”lar verdi

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya “Patriot” zenit-raket sistemləri tədarük etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki,  bu barədə BBC-nin məlumatında qeyd edilib.
“Hava reydləri davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Buna görə də biz onları üç “Patriot” buraxıcısı ilə təmin etdik”, – Brekelmans bildirib.