
Hindistanda sərnişin qatarında yanğın olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 9 nəfər ölüb, 20 adam isə yaralanıb.
Qatar yanğını bu ölkənin Tamil Nadu bölgəsində meydana gəlib.
Yanğından sonra olay yerinə polis və tibb işçiləri göndərilib. 9 nəfərin cansız bədəni tapılıb.
Yanğın yerində 50 nəfər xilas edilib. Yazılan xəbərlərə görə, olaya qəhvə üçün yandırılan qaz balonun partlaması səbəb olub.
Alovlar 2 saat sonra söndürülə bilib.
Tərcümə: Arzu