Türkiyə silahlıları 3 terrorçunu zərərsizləşdirdi

  • By arzu
  • 26 Avqust 2023 14:10

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyat keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Diyarbəkir şəhərində keçirilən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

Açıqlamada əməliyyatı keçirən pilis və hərbçilərə təbrik ifadə edilib.

“Allah ayağınızda daş dəydirməsin. Millətimizin duaları sizinlədir. Son terrorçu zərərsizləəşdirilənədək mübarizəmiz davam edəcək”, – deyə vurğulanır.

 

Tərcümə: Arzu

Gununsesi.info