Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus Filippində də tapılıb.
Gununsesi.org-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumatına görə, bu ölkədə Uhandan olan 44 yaşlı kişi dünyasını dəyişib.
Qeyd edilir ki, həmin şəxs Filippin ərazisində bu virusa yoluxan ikinci adam olub. O, fevralın 1-də vəfat edib. ÜST-ün nümayəndəsi qeyd edib ki, bu, Çinin hüdudlarından kənarda qeydə alınan ilk ölüm hadisəsidir.
Hazırda ölkənin Səhiyyə Departamenti kişinin kontakda olduğu insanları müəyyənləşdirir.
Gununsesi.org
COMMENTS