Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 02 radələrində Şəki şəhəri, Noxabi 14 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Yusif Yaşar oğlu Əliyev qəfildən ölüb.
İlkin araşdırma zamanı Y.Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.
Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS