“Tofiq Yaqublunun barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 23 mart 2020-ci il tarixli qərarından 25 mart 2020-ci il tarixdə verdiyim apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi 16 aprel 2020-ci il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin inzibati binasında saat 12:00-da baxılacaq”.
Gununsesi.org xəbər verir ki, bu sözləri vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıdığından Tofiq Yaqublu məhkəmə iclasında onlayn (videogörüntü ilə) iştirak edəcək. Məhkəmə iclası qapalı keçiriləcək.
Gununsesi.org
COMMENTS