BAXCP Fondun hesabına vəsait köçürüb

BAXCP Fondun hesabına vəsait köçürüb

Butov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə başladılan kampaniyaya qoşulub.
Gununsesi.org xəbər verir ki, BAXCP mətbuat xidmətindən verilən məlumata görə, partiya öz büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 (üç min) manat vəsait ayırıb. Ayrılan vəsait artıq Fondun bank hesabına köçürülüb.
Xatırladaq ki, BAXCP ilk gündən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dəstəkləyib.

 

 

 

Gununsesi.org

COMMENTS