Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

  • By ilhame
  • 02 İyun 2024 10:09

Bu gün 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək.

 

Gununsesi.info xəbər verir ki, turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

 

A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin “Baku Flames” və “Warsaw Lotto” (Polşa) klubları mübarizə aparacaq.

 

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, “Barcelona Panthers” (İspaniya) klubu yer alıb.

 

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

 

Qəbələ mərhələsinin açılış oyunu saat 16:30-da Azərbaycan millisi və “Baku Flames” klubu arasında baş tutacaq.

Gununsesi.info