Avropa çempionatında ölkəmizi bu atletlər təmsil edəcək

İyunun 7-də İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatına start veriləcək.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, müxtəlif yarışlarda əldə etdikləri nəticələr əsasında 4 atletimiz mötəbər yarışda iştirak hüququ qazanıb.

Çəkic atma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello ölkəmizi 26-cı Avropa çempionatında təmsil edəcək.