İsraildən dünya üçün gözlənilməz açıqlama:"İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

İsraildən dünya üçün gözlənilməz açıqlama:

İsrail fələstinlilərlə dialoq və ya ABŞ-la razılaşma yolu ilə İordan vadisinin ilhaqı barədə danışıqlar aparmağa hazırdır.

Gununsesi.org xəbər verir ki, bunu İsrailin Xarici İşlər naziri İsrael Katz deyib. O bildirib ki, İsrail İordan vadisini şərqdən mümkün hücumlar olarsa, ərazinin təhlükəsizliyinin təmin etmək üçün son dərəcə vacib hesab edir:

“Bu torpaqların dövlətimizin ayrılmaz hissəsinə çevrilməsini təmin etməyə çalışırıq. Bu, fələstinlilərlə barışıq və ya ABŞ-la prinsipial razılaşma nəticəsində mümkün ola bilər”.

COMMENTS