
Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi and içməsindən sonra birinci xanım Melaniya Trampın inauqurasiya balında geyindiyi paltar Vaşinqtonun milli Smithsonian muzeyində əbədiləşdirilib. Melaniyanın isti və mehriban bir atmosferi əks etdirən ağ üzərində qara zolaqlı paltarı muzeyin kolleksiyasına əlavə edilən bir “Melanie paltarı” deyil. Melaniya Trampın paltarı növbəti dəfə yenə muzeyə aparılır.
Onun dillərdə dolaşan ağ-qara zolaqlı paltarı ilk dəfə İnauqurasiya Mərasimindən sonra keçirilən İnauqurasiya Balosunda görünüb.
Gununsesi.info xəbər verir ki, məlumatı sözcü.com.tr yayıb.
Qeyd edək ki, birinci xanımların İnauqurasiya balında geyindiyi paltarları milli kolleksiyaya əlavə etmək çoxdankı ənənədir. Belə ki, Melaninin 2017-ci ildə Trampın 45-ci prezident olduğu zaman geyindiyi ağ paltarı da muzeyə aparılıb.
Melaniyanın 2017 və 2025-ci illərdəki paltarlarına şəxsən imza atan Herve Pierre verdiyi açıqlamada deyib: “Birinci xanımla birlikdə inauqurasiya paltarını hazırlamaq böyük şərəf idi. Xanım Tramp öz üslubuna və baxışına sadiq qalaraq qara və ağ rəngləri vurğuladı”, – deyə qeyd edib.
Melaniyanın dizaynerlərin köməyi ilə öz geyimlərini hazırlatdırdığı bilinir. Birinci xanım bu şəkildə ABŞ Smithsonian muzeyinə öz ideyalarını təqdim edib.
Günel Həsənova