Etirazlar Belçikaya keçdi: Fermerlər Avropa Parlamentini mühasirəyə aldı – VİDEO

Belçikada fermerlər artan xərclər, Avropa İttifaqının (Aİ) ekoloji siyasətləri və ucuz idxal məhsulları kimi mövzulardan narahat olduqlarına diqqət çəkmək üçün əsas yolları bağlayaraq etiraz ediblər.

Gununsesi.info xəbər verir ki, paytaxt Brüssel və ətraflarında yayılan etirazlar nəticəsində fermerlər Aİ Parlamentinin önünü mühasirəyə almağa çalışıblar.

Qeyd edək ki, kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün fermerlərin təşəbbüsü ilə keçirilən traktor nümayişləri Avropanın bir çox ölkəsinə yayılıb. Fransada başlayan və Belçikadan sonra bir çox ölkələrə yayılan etirazlar Almaniya, Polşa, İspaniya, İtaliya və Rumıniyada da davam edir.

Etirazların gücləndiyi Belçikada fermerlər paytaxt Brüssel və ətrafı da daxil olmaqla ölkənin müxtəlif şəhərlərinə gedən yollarda traktorları ilə nəqliyyatın hərəkətini dayandırıblar. Bir qrup fermer də Avropa Parlamentinin (AP) qarşısındakı Lüksemburq meydanında nümayiş keçirib. Fermerlərin etirazı ilə bağlı AP şəhərciyinin girişlərinə tikanlı məftillərin çəkilməsi diqqətdən yayınmayıb.

Gununsesi.info