Hava limanında anqar çökdü – 3 nəfər ölüb, 9 yaralı

ABŞ-ın Aydaho ştatında hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb.

Gununsesi.info bildirir ki, dünən axşam saatlarında Boise şəhərinin hava limanında özəl şirkət tərəfindən tikilməkdə olan anqarın çökdüyü barədə məlumat verilib.

Məlumatda qeyd olunur ki, hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Zərərçəkmişlərdən beşinin vəziyyəti ağır qiymətləndirilir.

Boise yanğınsöndürmə xidmətinin rəisi Aaron Hummel mətbuat konfransında anqarın çökməsini “fəlakətli” adlandırıb.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Gununsesi.info