“Security Operation Services” Gənclər Günündə veteranlarla görüş təşkil edib - FOTOLAR

2 fevral Gənclər Günü ilə əlaqədar “Security Operation Services” – MMC Respublika Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının binasında tədbir keçirib.

Gununsesi.info-nun xəbərinə görə, tədbirdə Veteranlar təşkilatının sədri Fatma Səttarova, müavini Cəlil Xəlilov, Azərbaycanın Ukraynadakı sabiq səfiri, xalq yazıçısı
Elmira Axundova, Bakı Dövlət Universitetinin kafedra müdiri Ağalar Abbasov, rayon veteranlar təşkilatlarının sədrləri, müavinləri, üzvləri və media nümayəndələri də iştirak edib.

Tədbir iştirakçıları gənclərlə veteranların görüşlərinin keçirilməsini təqdirəlayiq hesab edərək, çıxışlarında öz həyat və fəaliyyətlərindən danışmış, gənclərə tövsiyyələrini verib.

“SOS” – MMC-də 44 günlük Vətən Müharibəsində iştirak etmiş veteranlardan təşkilata yeni üzvlüyə qəbul edilmiş şəxslərin bəzilərinə vəsiqələr təqdim edilmişdir.

Həmçinin təşkilatın fəaliyyətində yaxından iştirak edən və xidmətdə fərqlənən mühafizə əməkdaşları Fərid Həsənov, Kamil Məhərrəmov təşkilatın adından fəxri fərman ilə təltif olunmuşdur.

Tədbirdə çıxış edən şirkətin direktoru Anar Məmmədov gəncləri bayram günü münasibətilə təbrik etmiş, qarşıdan gələn 7 fevral Prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmışdır.

Bütün kollektivlə birgə ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti bəyəndiklərini bildirib.

Tədbirdə çıxış edən xalq yazıçısı Elmira Axundova da geniş nitq söyləyib.

Tədbirin sonunda iştirakçıların adından doğum günü olan sədr Fatma Səttarovanın yubileyi ilə əlaqədar ona xüsusi təbrik nitqi söylənib.

 

 

 

 

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info