
Kremlinin sözcüsü Dmitri Peskov Amerika və Ermənistanın birlikdə keçirəcəyi hərbi təlimlər haqqında danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kremlin rəsmisi Peskov mətbuat toplantısında jurnalistlərə açıqlamasında Ermənistanın 11-20 sentyabr tarixləri arasında Amerika ilə gerçəkləşdirəcəyi hərbi tətbiqatın narahatlıq yaratdığını bildirib.
“Əlbəttə, bu cür xəbərlər mövcud durumda narahatlıq yaradır. Bu səbəbdən, bu cür xəbəri dərindən analiz edəcək və durumu izləyəcəyik”, – deyə Putinin sözcüsü vurğulayıb.
Suriyanın şərqindəki Deyrizor şəhərində terrorçu PKK/YPG ilə ərəb icmaları arasında başlayan toqquşmalarla bağlı isə Peskov bunları deyib:
“Rusiya Suriyada hələ də tətbiq edilməyən Soçi anlaşmasına əməl etməyə davam edir. Rusiya, həm də ölkədəki nizamı təsis etməkdə, terrorçu ünsürlərlə mübarizə aparmaqda Suriyanın mövcud qanuni iqtidarına əsaslı bir şəkildə yardım etmə qərarlılığını davam etdirir.
Tərcümə: Arzu