
Ötən gün Rusiyanın Soçi şəhərində Prezident Putinlə görüş keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilən yemək menusu mətbuatın gündəminə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Ərdoğanı qəbul edən Rusiya lideri onu “quş südü”nə qonaq edib.
İki liderin yemək menusunda tanınmış mahnılarda söylənildiyi kimi, sanki “quş südü ilə bəslədi” deyimi yerinə düşüb.
Saatlarla davam edən görüş nahar yeməyinədək uzun çəkib.
Bəs, iki Prezidentin çalışma yeməyinin menyusunda nələr vardı?
Türkiyə mətbuatı yazır ki, görüşün yemək menyusu ilə bağlı rus casuslar paylaşım ediblər:

Öncə salat və avokadolu hisə verilmiş farel balığı, tomatlı və Qüds artişoklu qırmızı kefal verilib. Sonra ətli xaro çorbası (gürcü şorbası) təqdim edilib.

Ana yemək olaraq qonaqlara Parsnip püresi ilə qızardılmış quzu əti, tərəvəzli kefal variantları və ispanaq sousu buyrulub.
Menudakı ən dadlı olan “Quş südü olub. Sovetlər Birliyi dönəmindən qalanən tanınmış dadlıalrdan biri olaraq patenti alınmış nadir Sovet kekslərindən biridir
Tərcümə: Arzu